Xəzər Xəbər

Dünya şöhrətli rejissor Türkiyədə film çəkmək istəyir

Britaniyalı ssenarist və rejissor Qay Riçi Türkiyədə film çəkmək istəyir.
Şou Biznes | 22:20 • 19 Mart 2021
Dünya şöhrətli rejissor Türkiyədə film çəkmək istəyir

Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib.

Britaniyalı ssenarist və rejissor Qay Riçi Türkiyədə film çəkmək istəyir.

Aktyor özünün "Twitter" hesabında bu barədə yazıb. Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib. "Türkiyə sanki yeni bir kəşfdir: gözəl mətbəx, ölkə, hotellər və insanlar. İki aylıq çəkilişlərdən sonra bütün filmlərimi burada lentə almaq istərdim", - deyə Riçi yazıb.

Xatırladaq ki, Q.Riçi "Revolver", "Şerlok Holms", "Kral Arturun qılıncı", "Ələddin", "Centlmenlər" kimi filmlərin rejissorudur. O, xeyli müddət müğənni Madonna ilə ailəli olub./Sputnik Azərbaycan 

Xəbər lenti

Çox oxunanlar