Xəzər Xəbər

ABBA qrupu gələn il beş yeni mahnı yazmağa hazırlaşır

Şou Biznes | 15:12 • 23 İyul 2020
ABBA qrupu gələn il beş yeni mahnı yazmağa hazırlaşır

İsveçin əfsanəvi ABBA musiqi qrupu 2021-ci ildə beş yeni mahnı yazmağı planlaşdırır.


Xezerxeber.az xəbər verir ki, "The Independent” qəzeti bu barədə qrupun üzvü Born Ulveusdan müsahibə alan radio aparıcısı Coff Lloyda istinadla məlumat yayıb. Onun sözlərinə görə, kompozisiyalar artıq yazılıb və 2019-cu ilin sonunda efirlərə çıxmalı idi. Lakin reliz texniki çətinliklər və koronavirus pandemiyası səbəbindən baş tutmayıb.


ABBA qrupunun sonuncu studiya albomu 1982-ci ildə buraxılıb.


Xatırladaq ki, İsveçin ABBA kvarteti 1972-ci ildə Born Ulveus, Benni Andersson, Agneta Feltskoq və Anni-Frid Linqstad tərəfindən yaradılıb. Qrup fəaliyyət göstərdiyi on il ərzində səkkiz albom çıxarıb. Kollektivin çoxsaylı mahnı külliyyatı bu gün də buraxılır. Əsasını ABBA qrupunun mahnıları təşkil edən və 2008-ci ildə səhnələşdirilən "Mamma Mia!” müziklinə dünyanın yüzlərlə teatrında 60 milyondan çox insan baxıb.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024