Türkiyədə yayımlanan "Kim Milyoner Olmak İster?" yarışmasının yeni aparıcısının kimliyi müəyyənləşib.
Yeni mövsümdə verilişin aparıcısı məşhur aktyor Kənan İmirzalıoğlu olacaq. Artıq yeni verilişin anonsu yayımlanıb və Kənanın aparıcılıq edəcəyi xəbəri dəqiqləşib.
Qeyd edək ki, verilişin əvvəlki aparıcısı Murad Yıldırım yeni mövsüm üçün müqavilə imzalamaqdan imtina etmişdi./publika.az