Xəzər Xəbər

Aktyor bankı məhkəməyə verdi

Şou Biznes | 15:54 • 1 Aprel 2019
Aktyor bankı məhkəməyə verdi

Qardaşı Ömür Tuqayın banka borcu olub.

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ məhkəməlik olub.

Aktyorun ABŞ-a köçən qardaşı Ömür Tuqayın banka olan borcuna görə Kıvanç Tatlıtuğun avtomobili girov götürülüb.

Aktyor maşınına qoyulan girovu götürmək üçün banka 1778 lirə pul ödəyib.

Kıvanç Tatlıtuğ özünə aid olmayan borc üçün yalnış girov götürdüklərinə görə bankı məhkəməyə verib. Keçən günlərdə baş tutan məhkəmə zamanı bankın aktyora 1778 lirə geri ödəmək qərarı çıxarılıb.

AzNews.az


Xəbər lenti