Xəzər Xəbər

Şeyma Subaşı Acunun sevgilisi ilə söz savaşına çıxdı

Şou Biznes | 09:44 • 2 Aprel 2019
Şeyma Subaşı Acunun sevgilisi ilə söz savaşına çıxdı

Əsas çirk xaricdə deyil, daxildədir.

Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalının sevgilisi olduğu iddia edilən Itır Esen və Şeyma Subaşı söz savaşına çıxıb.

Yaxın günlərdə Itır Esen "Kitablar aksesuar deyil!” deyə paylaşımı ilə Şeyma Subaşıya sataşdığı iddia edilib.

Itır Esenin bu hərəkətindən sonra Şeyma Subaşı ard-arda paylaşım edərək Itıra söz atıb.

Belə ki, Şeyma Elif Şafakın kitabını paylaşaraq "Yolda, tıxacda, kafedə dostlarımı gözləyərkən mənə ən yaxşı yoldaşlıq edəcək şeyi tapdım. Kitablarımı da çantam, eynəyim kimi yanımda gəzdirəcəm” yazıb.

Şeyma daha sonra kitabdan bir hissə paylaşıb. Həmin hissədə isə "Əsas çirk xaricdə deyil, daxildədir... Geyimdə deyil, qəlbdədir. Onun xaricində hər ləkə nə qədər pis görünsə də, yuyulduqda təmizlənir. Yumaqla çıxmayan tək çirk qəlblərdə yağ bağlamış pis niyyətdir” yazılıb.

AzNews.az

Xəbər lenti