Türkiyəli məşhur müğənni Sılanın keçmiş sevgilisi Ahmet Kuralla barışmaq üçün yazdığı və məhkəmə dosyesinə daxil edilən mahnı ortaya çıxıb.
Romantik mahnının adı "Boş ev”dir.
Sılanın ona fiziki və psixoloji təcavüz etdiyi iddiası ilə məhkəmə işi açdığı Ahmet Kural istintaq verdiyi ifadəsində "Sıla xanım mesajla mənə "səninçün mahnı yazdım” dedi. Və telefonuma yazdığı mahnını göndərdi. Buna görə xoşbəxt oldum. İkinci bir şansı verməyim lazım olduğunu düşündüm” ifadələrinə yer vermişdi.
Daha öncə bir dəf ayrılan cütlüyü yenidən bir araya gətirən mahnının kədərli sözləri diqqət çəkir:
"Boş evdə çılpaq divara
Polad ümid kimi asdım baharı
Məhbus kimi xanımeli
Qədərin bu sədası
Uzatmadın bir yardım əli
Canda qiyamət yanğını var
Şüşə burada, gecə bəlli
Sərçə könlüm boynunu əydi
Utanma, ağla səsli
Hal tökülsün
Qəlb öyünsün
Qan tökülsün
Bitdiysə, ölünsün”.
publika.az