Xəzər Xəbər

Hadisənin bacıları çətin vəziyyətdə: 3 aydır...

Şou Biznes | 13:47 • 11 Noyabr 2018
Hadisənin bacıları çətin vəziyyətdə:

Türkiyəli müğənni Hadisə bacıları ilə münasibəti pozulandan sonra onlara maddi dəstəyini kəsib. Buna görə də müğənninin bacıları çətin vəziyyətə düşüb.

Artıq bacılar 3 aydır yaşadıqları evin bəzi kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Buna görə də onlar anaları Dərya Açıqgözün evində yaşamağa başlayıblar.

Məlumata görə, müğənninin balaca bacısı Dərya Açıqgöz Hadisəyə zəng edib çətin vəziyyətdə olduqlarını deyib, lakin o, buna əhəmiyyət verməyib.

Qeyd edək ki, bir müddət əvvəl Hadisənin meneceri Hülya və stilisti Dərya Açıqgözlə aralarında problemlər yaranmağa başlayıb. Hətta anaları bacılar arasındakı mübahisəyə dözməyərək intihara cəhd etmişdi./publika.az

Xəbər lenti

Çox oxunanlar