Milli.Az TMZ-yə istinadən bildirir ki, hava limanına 3 milyon dollarlıq, 6 təkərli Mercedes G63 AMG avtomobilində gələn Ebrahamı tanınmış prodüser Devid Vayntraub müşayiət edirdi.
27 yaşlı Ebraham maşından düşərək özəl reaktiv təyyarəyə minib və MTV telekanalındakı "Teen Mom" realiti-şousunun yeni çəkilişlərinə yollanıb.
Çəkilişlərdən əvvəl o, UFC çempionu titulu uğrunda Konan Makqreqorla Həbib Nurməhəmmədov arasında döyüşü seyr etmək üçün Las-Veqas şəhərinə gedib.