Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası olub.XəzərXəbər-in məlumatına görə, proses hakim Rəşad Abdulovun sədrliyi ilə keçib.
Nazənin
Salayeva, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasovun
hüquqlarını müdafiə edən "Atler eqo” hüquq şirkətinin baş direktoru
Heyrət Qarayev məhkəmənin təqsirləndirilən tərəfin məhkəməyə gəldiyini
bildirdi:
"Təranə
İbrahimova (Qumral) nəhayət ki, məhkəməyə gəldi. Vəkili ilə birlikdə
prosesdə iştirak etdi. Lakin zərərçəkmişlərin vəkili Ceyhun Yusifov
prosesə yeni qoşulduğundan vəsatət qaldıraraq məhkəmədən vaxt istədi.
Növbəti məhkəmə prosesi 14 iyuna təyin edildi".
Xatırladaq
ki, düşmən münasibətdə olduğu həmkarı Nazəninlə məhkəmə qalmaqalı 3
ildir davam edən müğənni Təranə Qumrala (İbrahimova) cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev, onun həyat yoldaşı Məhəbbət
Həsənov və Pərviz Abbasovdan üzr istəməli, barəsində dediklərinə təkzib
verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün
barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə)
maddəsi ilə cinayət işi başlanılıb.
Bakı
Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə
İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət
Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib
verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun
icraatında olub.Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin
qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru
tərəfindənyoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə
Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində
Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə
İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində
306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq
materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib.
T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.