Xalq artisti Amaliya Pənahova ötən gün müzakirələrə səbəb olan qalmaqallı fotosu ilə bağlı açıqlama verib.
XəzərXəbər-in məlumatına görə, xalq artisti bunları deyib:
"Dünən şəklimi çəkəndə mən gördüm ki, onlar qəsdən təhrifə yol verirlər.
Çünki dünən başqa şəkil də çəkilmişdi və o foto mənim telefonumdadır.
Mən onu göndərə bilərdim. Amma bunlar məxsusi o günə salırlar. İşığı düz
eləmirlər. Əlini arxasına aparıb şəkil çəkdi. Belə şəkil necə
alınmalıydı ki? Mən də camaatın arasında qalmaqal etmək istəmirəm. Bir
əlacım qalıb ki, aidiyyatı orqanlara müraciət etməliyəm. Bunlar məni
təkləyiblər”. A.Pənahova aparıcı Zaur Baxşəliyevin "Plastik əməliyyat
etmisinizmi” sualına isə belə cavab verib:
"Siz nə danışırsınız, canım? Mənim başım başqa şeyə qarışıb”.
axşam.az