Xəzər Xəbər

Türkan Şorayın səhhəti AĞIRLAŞDI

Şou Biznes | 13:56 • 20 Aprel 2018
Türkan Şorayın səhhəti

Keçən il kuşinq sindromu xəstəliyindən əməliyyat olunan Türkan Şorayın səhhəti ağırlaşıb.

Bağırsaqlarına infeksiya düşən əfsanəvi kino ulduzu bazar ertəsi təcili xəstəxanaya yerləşdirilib. Türk kinosunun sultanı artıq 3 gündür ki, xəstəxanada müalicə alır. Bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktrisanın arıqladığı deyilir.

Xatırladaq ki, keçən ilki əməliyyatdan sonra Türkan Şoray 12 kq arıqlamışdı. Qeyd edək ki, kuşinq sindromu bədəndə həddindən artıq miqdarda kortizol hormonu istehsalı nəticəsində ortaya çıxan bir xəstəlikdir./publika.az

Xəbər lenti

Çox oxunanlar