Xəzər Xəbər

“Kara sevda”nın Nihanı şəxsi həyatından danışdı: “Bu, çox əyləncəlidir” - MÜSAHİBƏ

Şou Biznes | 18:27 • 3 Noyabr 2017
“Kara sevda”nın Nihanı şəxsi həyatından danışdı:

Xəbər verdiyimiz kimi, Neslihan Atagül Doğulu "Altın Kelebek Mükafatları” çərçivəsində keçirilən "Möcüzə gecəsi” adlı konsertdə iştirak etmək üçün Bakıya gəlib.

XəzərXəbər ilk dəfə Bakıya gələn aktrisanın müsahibəsini təqdim edir:

- Bakıda bu qədər sevildiyinizi bilirdinizmi?

- İnstaqramda izləyicilərim arasında azərbaycanlılar çoxdur. Bilirdim ki, "Kara Sevda” serialı Azərbaycanda da izlənilir. Amma etiraf etməliyəm ki, bu qədər çox sevildiyimi təxmin etmirdim. Bu, mənim üçün həqiqətən də qürurvericidir.

- Gözəllik sirriniz nədir?

- Saçların sağlam olması üçün istifadə etdiyiniz şampun və saç krem məhsullarının kefiyyətli olması vacibdir. Bundan daha da önəmlisi düzgün qidalanmaya riayət etməlisən. Məsələn, mənim üçün meyvə və tərəvəzləri öz mövsümündə yemək sağlamlığın ilkin şərtidir.

Dərinin gözəlliyi üçün suyun əhəmiyyəti də böyükdür.

Ayda bir dəfə kosmetoloqa gedib dəri baxımı etdirirəm. Həftədə iki dəfə pilinq edirəm, sonra nəmləndirici krem çəkirəm. Xüsusi gözəllik sirrim yoxdur (gülür). Bir də dodaq nəmləndiricisi hər zaman çantamda olur.

- Siz "Kara Sevda” serialı sayəsində böyük populyarlıq əldə etdiniz. Bu layihədən sonra necə rol oynamaq istərdiniz ki, həmin serialdakı Nihan obrazını unutdura bilsin?

- Karyerama 13 yaşımda başladım. Hər zaman məqsədim o olub ki, pillə-pillə irəliləyim, növbətim rolum o birindən daha yaxşı alınsın. Ümid edirəm ki, bundan sonra işlərimdə bir səviyyə daha qalxa bilərəm. Ağlımda bir neçə rol var, lakin hələ ki açıqlaya bilmərəm. İnşallah sizə xəyal qırıqlığı yaşatmaram. Məsələn, Türkan Şorayla Kadir İnanırın bir çox "Yeşil Çam” filmləri var. Amma bu tərz filmlər dövrün tələbinə cavab vermir.

Hesab edirəm ki, film və ya serialın uğurlu alınması bütün komandada olan insanların enerjisinin uyğun gəlməsindan çox asılıdır. Ssenari, rejissor və aktyor heyəti bir-birini tamamlamalıdır. Onda əldə edilən nəticə də gözəl olur.

- Hər zaman enerjili görünürsünüz. Bunun sirri nədir? Evdə də eyni enerjidə qala bilirsiniz?

- Bununla bağlı dostlarım həmişə zarafat edir. Məsələn, bəzən 18 saat işlədiyim halda 3-5 saat yatıram. Səhər yuxudan duran kimi dostlarımı da oyadıram. Onlar da "Qızım, sən manyaksan? Neçə saat işləyən sənsən, biz yox. Yat, niyə tez qalxmısan? Sən dəqiq dəlisən...” deyə giley edirlər. Enerjili olmağımın səbəbi yəqin ki, işimi sevməyimlə bağlıdır. Sevdiyin məsləkdən pul qazanmaq çox əyləncəlidir. Gördüyüm işdən də zövq alıram.

Əlbəttə ki, yorulduğum anlar da olur. Bu zaman divanda uzanıb ya film izləyirəm, ya kitab oxuyuram, ya da itlərimlə gəzməyə çıxırıq.

- Hər ikinizin eyni peşə sahibi olması münasibətlərinizə təsir edir?

- İkimiz də işimizə qarşı çox məsuliyyətliyik, tək mənfi cəhəti odur ki, birlikdə yetəri qədər vaxt keçirmirik. Nə edə bilərik ki? Həm bir-birimizi, həm də işimizi sevirik. Hər halda biz bunu problemə çevirmirik, uzlaşma yollarını tapırıq. Həyat yoldaşımla hər mövzuda rahatlıqla söhbət edə, müxtəlif məsələləri müzakirə edə bilir və ortaq məxrəcə gəlirik.

- Tamaşaçılardan gizlətməyə çalışdığınız mənfi xüsusiyyətləriniz var?

- İnsanlara, heyvanlara, suya, siqaretə, içkiyə həddən artıq bağımlı olmaq mənlik deyil. Təbii ki, insanları və təbiəti çox sevirəm, lakin "Onsuz yaşamaram” şüarı təbiətimdə yoxdur.

- Sizcə, aktrisanın gözəlliyi onun karyerasında yüksəlməyə zəmanət verir? Ümumiyyətlə, uğur qazanmaq üçün qadın gözəlliyinin rolu var?

- Çox gözəl sual verdiniz, bunun üçün sizə təşəkkür edirəm. Zaman-zaman belə hallarla rastlaşmışam. Nədənsə cəmiyyətimizdə kişilərə daha çox etibar edirlər, nəinki qadınlara. Ailələr övladlarına adətən "Oğlum, sən bunu bacararsan” deyərək arxa çıxır, təəssüf ki, qızlara dəstək olanlar az tapılır.

Düşünürəm ki, işində nailiyyət əldə etmək üçün gözəllik vacib şərt deyil. Gözəl dodaqlara, gözəl gözlərə və gözəl bədənə sahib olmağa ehtiyac yoxdur. Önəmlisi odur ki, ağlımızı düzgün işlədək. Əgər özünüzə güvənirsinizsə, sonuna qədər arxasınca getməli və enerjinizi düzgün istifadə etməlisiniz. Bunun üçün gözəl geyimə, makiyaja və başqa detallara ehtiyac olduğunu zənn etmirəm. Biz onsuz da qadınıq!

- Necə düşünürsünüz bir kişi üçün sevdiyi qadının saçları nə ifadə edir?

- Ümumilikdə kişilər üçün nə ifadə etdiyini deyə bilmərəm. Həyat yoldaşım Kadir isə uzun saç xoşlayır, uclarını kəsdirəndə dərhal fərqi hiss edir. "Neslihan saçlarına nə etmisən? Niyə Kəsdirmisən” deyə soruşur.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024