Xəzər Xəbər

“Fi” plagiatdır” – “Yaprak dökümü”nün aktrisasından OĞURLUQ İDDİASI - FOTO

Şou Biznes | 12:20 • 14 Oktyabr 2017
“Fi” plagiatdır” –

"Yaprak dökümü” ilə tanınan aktrisa Başak Sayan "Fi” kitabının onun "Bağlanma korkusu” romanının plagiatı olduğunu bildirib.

Başak bu barədə sosial media hesabında açıqlama yayıb:

"Romanımı 2010-cu ildə yazdım, 2011-ci ildə satışa çıxdı. Cem adlı qadınlara düşkün reklam şirkətində işləyən birinin Bahar adlı zərif və gözəl balerinaya olan məcburedici eşqindən bəhs edirdi. Mövzu tanış gəldi? "Fi” adlı kitabla eyni mövzudadır. Bu kitabı çox gec oxudum. Oxuyan kimi də əhvalım korlandı və sona qədər davam edə bilmədim. Kaş ki, başqa bir ölkədə olsaydı da, haqqımı tələb edə bilsəydim... Mövzunu bağladım.

Amma bu gün sosial mediada hər iki kitabın çox bənzədiyi və mənim oğurluq etdiyim müzakirə olundu. Buna çox əsəbiləşdim. Axı "Fi” adlı kitabı yazan Azra Kohen oğurluq edib, mən yox. "Bağlanma korkusu” 2011-ci, "Fi” isə 2013-cü ildə yazılıb”.

Qeyd edək ki, Bir neçə seriyadan ibarət olan "Fi”, "Çi” və "Pi” romanı "Ay yapım” tərəfindən ekranlaşdırılır. Serialda baş rolları Serenay Sarıkaya, Ozan Güven, Berrak Tüzünataç və Mehmet Günsür canlandırır./publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024