Xəzər Xəbər

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı SON XƏBƏR

Şou Biznes | 12:34 • 11 Avqust 2017
Ölüm xəbəri yayılan aktrisa ilə bağlı

Gənc aktrisanın xalası qızı Rübabə Səfərova aktrisanın vəziyyəti ilə bağlı məlumat verib.

Bildirib ki, müalicə aldığı xəstəxananın həkimləri Milanın komaya düşdüyünü deyiblər:

"Mila dünən səhər saat 10:39-da kliniki ölüm keçirdi. Indi nəfəs aparatına bağlıdır. Bu gün saat 12:00-a qədər ayılmasa, nəfəs aparatından ayıracaqlar”.

***

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.

Qohumlarının axşam.az-a verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib:

"Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".

Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş:

"Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın".

Qeyd edək ki, M.Əminə son olaraq "Üç badam bir qoz” filmi ilə gündəmə gəlmişdi.

Publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024