Xəzər Xəbər

Gəncədə ev yanıb, xəsarət alan var

Region | 08:52 • 16 Mart 2024
Gəncədə ev yanıb, xəsarət alan var

Gəncədə yanğın hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Fazil Kazımova məxsus evdə anidən yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, qonşuluqdakı evlər keçməzinin qarşısı alınıb. Hadisə vaxtı evdə olan ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti