Xəzər Xəbər

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb

Region | 16:05 • 16 Mart 2024
Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb

Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar