Xəzər Xəbər

İsmayıllı sakinlərindən ov tüfəngləri götürülüb

Region | 14:26 • 29 Yanvar 2023
İsmayıllı sakinlərindən ov tüfəngləri götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayon sakinləri - Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Xəbər lenti