Xəzər Xəbər

Kəlbəcərdə frontal yükləyici aşıb, sürücü dünyasını dəyişib

Region | 10:00 • 23 Noyabr 2022
Kəlbəcərdə frontal yükləyici aşıb, sürücü dünyasını dəyişib

Noyabr ayının 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 1972-ci təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi frontal yükləyicinin idarəetməni itirərək aşması nəticəsində dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti