Xəzər Xəbər

Gədəbəydə arvadını bıçaqlayan kişinin döyülərək öldürülməsi araşdırılır

Region | 09:40 • 23 Noyabr 2022
Gədəbəydə arvadını bıçaqlayan kişinin döyülərək öldürülməsi araşdırılır

Gədəbəydə öldürülən kişinin oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon sakini Vaqif Cəfərovun bıçaqla ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi və V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb. 

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar