Xəzər Xəbər

Şagirdlərə dini mahnı oxudan müəllim cəzalandırıldı

Bununla bağlı rəsmi açıqlama verildi
Region | 18:02 • 28 İyun 2022
Şagirdlərə dini mahnı oxudan müəllim cəzalandırıldı

Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı açıqlama yayıb.

Xezerxeber.az xəbər verir ki, Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb: "Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024