Xəzər Xəbər

Narkotik və silah-sursatla tutuldu, daha bir cinayətinin üstü açıldı FOTO

Region | 11:47 • 19 Yanvar 2022
Narkotik və silah-sursatla tutuldu, daha bir cinayətinin üstü açıldı

Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, yanvarın 14-də narkotik vasitə olan heroini satarkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Rizvan Əkbərovun yaşadığı evdən ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi, qohumuna məxsus yaşayış evindən isə gizlətdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb.

ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və qanunsuz silah-sursat əldə edib saxladığına görə saxlanılan Lənkəran rayon sakini Rizvan Əkbərovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətində torpağa basdırdığı 1 ədəd “WALTER” markalı tapança da aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti