Xəzər Xəbər

Şirvan şəhərində qaz olmayacaq

Region | 11:28 • 19 Yanvar 2022
Şirvan şəhərində qaz olmayacaq

Bu gün Şirvan şəhərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Rayon Qaz İstismarı İdarəsinin Şirvan Xidmət sahəsinin xidməti ərazisi olan M.Mirzəyev küçəsindən keçən 108 mm-lik qaz xəttinin yeraltı keçid hissəsində aşkarlanan yüksək həcmli sızmandır.

Sızmanın qarşısının alınması məqsədi ilə təmir bərpa işlərinin aparılması üçün qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Xəbər lenti