Xəzər Xəbər

Şəkidə evdən külli miqdarda pul oğurlanıb

Region | 15:11 • 25 Sentyabr 2021
Şəkidə evdən külli miqdarda pul oğurlanıb

Şəkidə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-nə keçən gecə Kiş kəndindəki evlərin birindən 360 000 rubl (təxminən 8 500 manat – red.) pul və 1 840 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən kənd sakini, ev sahibinin qohumu olan Q. Rəsulov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti