Xəzər Xəbər

Hacıqabulda narkotik satan şəxs saxlanılıb

Region | 10:14 • 25 Sentyabr 2021
Hacıqabulda narkotik satan şəxs saxlanılıb

Hacıqabulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti