Xəzər Xəbər

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Region | 15:41 • 24 Sentyabr 2021
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib: "Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021