Xəzər Xəbər

Saatlıda 60 yaşlı kişi çayda batıb

Region | 09:14 • 17 İyun 2021
Saatlıda 60 yaşlı kişi çayda batıb

Saatlıda 60 yaşlı kişi Araz çayında batıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti