Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Zəfər yolunun avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur

Region | 13:16 • 16 İyun 2021
Zəfər yolunun avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur

Zəfər yolunun keçdiyi ərazi minalardan tam təmizlənib. Şuşaya gedən yolun avqust ayında istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı İlham Süleymanov bildirib.

O qeyd edib ki, Şuşaya hazırda 2 yol çəkilir. Onlardan biri Əhmədbəyli-Füzuli-Şuşa yolu, digəri isə Zəfər yoludur. Əhmədbəyli-Füzuli-Şuşa yolu 84,6, Zəfər yolu isə 101,5 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa yolunun 51 kilometri 6 zolaqlı, qalanı isə 4 zolaqlıdır. Zəfər yolu isə 2 zolaqlıdır.

Zəfər yolunun keçdiyi ərazinin minadan təmizləndiyini bildirən İ.Süleymanov deyib ki, yolun üzərində 4 körpü var. Füzuli rayonunun Şəkərcik ərazisində olan körpü yolötürücü rolunu oynayacaq.

Xəbər lenti

Çox oxunanlar