Xəzər Xəbər

Ağdaşda alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirilib

Region | 18:18 • 9 İyun 2021
Ağdaşda alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən verilən məlumata görə, Ağdaş rayonunun Xosrov kəndində fəaliyyət göstərən fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirilib.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, sexdə xammalların və hazır məhsulların saxlanılma rejimlərinə riayət olunmadığı, sexdə çalışan işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlanılma müddəti heç bir əsas olmadan 150 gün artırılaraq 180 gün qeyd edildiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti