Xəzər Xəbər

Yol polisi Kürdəmirdə reyd keçirib

Region | 18:09 • 9 İyun 2021
Yol polisi Kürdəmirdə reyd keçirib

Kürdəmir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində sürücülərin dayanma-durma qaydalarına düzgün əməl etmələri ilə əlaqədar reyd keçiriblər. 

Xezerxeber.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Xəbər lenti