Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Avtoxuliqanlıq edən sürücü həbs edilib

Region | 130 | 11:22 • 27 Fevral 2021
Avtoxuliqanlıq edən sürücü həbs edilib

Astarada qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb. 

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb. Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri “VAZ-2107” markalı avtomobillərlə rayonun Siyəkü kəndində yerləşən məktəbin qarşısında nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. 

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
42 | 11:57 • 11 Aprel 2021