Xəzər Xəbər

Ağsu sakinindən odlu silah götürülüb

Region | 11:49 • 27 Fevral 2021
Ağsu sakinindən odlu silah götürülüb

Ağsu sakinindən odlu silah götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərəbmehtibəy kənd sakini İlyas Mikayılovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “BUM” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. 

Xəbər lenti