Xəzər Xəbər

Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb

Region | 11:06 • 27 Fevral 2021
Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən bir kiloqramdan artıq heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cəsarət Mirzəyev Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı C.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsində quraşdırdığı gizli saxlanc yerindən ümumilikdə 1 kiloqram 125 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Xəbər lenti