Xəzər Xəbər

Cəlillabadda narkotik satan qardaşlar tutulub

Region | 12:02 • 24 Fevral 2021
Cəlillabadda narkotik satan qardaşlar tutulub

Cəlillabadda narkotik vasitə satan qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Ü.Cavadovun ətrafında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun qardaşı Elxanın şəhər ərazisindəki evində gizlətdiyi 1 kiloqram 537 qramdan artıq heroin, 15 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti