Xəzər Xəbər

Lənkəranda ev qarət edilib, saxlanılan var

Region | 13:37 • 24 Fevral 2021
Lənkəranda ev qarət edilib, saxlanılan var

Lənkəranda evdən külli miqdarda pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, fevralın 16-da rayon ərazisindəki evlərin birindən 1700 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Boladi kənd sakini, əvvəllər məhkum olunmuş T.Hadizadə Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti