Xəzər Xəbər

Torpaq üstə mübahisə güllələnmə ilə nəticələndi - Gəncədə qətl

Region | 17:42 • 11 Oktyabr 2019
Torpaq üstə mübahisə güllələnmə ilə nəticələndi -

Gəncədə qətl hadisəsi verib.


Hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib.


Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisəni törədən şəxs tutulub.


Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. (APA)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024