Xəzər Xəbər

Sabirabadda ağır qəza - 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO

Region | 10:10 • 15 Avqust 2019
Sabirabadda ağır qəza -

Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.


"Kia" və "QAZ-24" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-24"-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və "Kia"-nın sərnişinlərindən biri həlak olub. "Kia"-nın sürücüsü, İmişli rayonunu Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu də digər sərnişinlər yaralanıblar.


Xəsarət alanlardan ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, digər ikisi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Yol qəzasının təfərrüatları araşdırılır. (APA)

Xəbər lenti