Xəzər Xəbər

Siyəzəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Region | 12:20 • 23 İyun 2018
Siyəzəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb -

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a bildirilib ki, iyunun 21-də Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən kənd sakini Bədəl Nəzərova məxsus evin həyətyanı sahəsində olan yarımçıq tikilidə xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 11 kq təşkil edən hündürlüyü 20-128 sm olan 87 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024