Xəzər Xəbər

İmişlidə “Mercedes” və "VAZ" toqquşub, ölən və yaralananlar var

Region | 10:23 • 17 İyun 2018
İmişlidə “Mercedes” və "VAZ" toqquşub, ölən və yaralananlar var

İmişlidə 1 nəfərin ölümü və 1 bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 


Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisindəki məcburi köçkün qəsəbəsində baş verib.

Məlumata görə, "Mercedes” markalı minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində minik avtomobilinin sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti