Xəzər Xəbər

Şamaxı ağır yol qəzası: "Qazel" və "VAZ" toqquşdu

Region | 11:05 • 17 İyun 2018
Şamaxı ağır yol qəzası:

Şamaxıda "Qazel"lə "VAZ" toqquşub.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda "Qazel” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti