Xəzər Xəbər

Göygöldə minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Region | 09:55 • 22 Aprel 2018
Göygöldə minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" adlanan ərazidə baş verib.

 

Hərəkətdə olan "VAZ21015” markalı minik və "Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində "VAZ21015” -də olan sərnişin, 1977-ci il təvəllüdlü Əziz İsgəndərov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024