Gəncə sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aşağı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri alan R. Mustafayevin vəziyyəti orta ağırdır.
Məlumata görə, Dədə Qorqud küçəsi bina 5-də yaşayan R. Mustafayev ağır dərəcəli sərxoş vəziyyətdə siqaret çəkən zaman şalvarı yanaraq onun aşağı ətrafını yandırıb. (APA)