Xəzər Xəbər

Dörd əsrə yaxın bu qəbiristanlıqın tədqiqata ehtiyacı var - FOTOLAR

Region | 16:15 • 20 İyul 2017
Dörd əsrə yaxın bu qəbiristanlıqın tədqiqata ehtiyacı var -

Qubadakı dörd əsrə yaxın yaşı olan tarixi qəbiristanlıqda araşdırma işlərinin aparılmasına ehtiyac var.


Rayonun I Nügədi kəndində yerləşən XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid edilən qədim məzarlıqda dörd minə yaxın qəbir var.


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qorunan qəbiristanlıqda genişmiqyaslı tədqiqat işləri aparılmayıb.


Quba rayonu üzrə baş tarixi abidə mühafizi Minirə Musayeva bildirib ki, tarixi qəbiristanlıq bərpaya və tədqiqata ehtiyacı olan tarixi abidələr sırasındadır.


Qədim qəbir daşlarının üzərində yazılar əski ərəb əlifbasındadır. Burada dəfn olunanların kimliyini müəyyənləşdirmək üçün bu yazıları oxuya bilən mütəxəssislərə ehtiyac var. Yalnız bundan sonra qəbiristanlıqda həmin dövrün hansı tarixi şəxslərinin, ictimai xadimlərinin dəfn olunduğunu müəyyənləşdirmək olar.


İki hektar ərazini əhatə edən məzarlıqdakı qədim qəbir daşlarının qorunması üçün ərazinin hasarlanması nəzərdə tutulub.


Quba rayonu ərazisində I Nügədi kənd qəbiristanlığı ilə yanaşı Xınalıq, Ağbil, Dəvədabanı, Sirt-Çiçi və başqa yaşayış məntəqələrində də tarixi məzarlıqlar mövcuddur. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar