Xəzər Xəbər

Dünyaca məşhur aktrisa vəfat edib

Mədəniyyət | 09:05 • 12 Oktyabr 2022
Dünyaca məşhur aktrisa vəfat edib

Dünyaca məşhur aktrisa Ancela Lensberi 96 yaşında vəfat edib.

 “Associated Press“ agentliyi yazır ki, bu barədə onun övladı məlumat yayıb.

Aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ancela Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb.

Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.

Bu rola görə o, dörd "Qızıl Qlobus" alıb və 12 dəfə "Emmi" mükafatına namizəd olub.

Sözügedən serial 1984-cü ildən 1996-cı ilə qədər yayımlanıb.

Aktrisanın digər məşhur filməri içərisində "Doriam Qreyin portreti", "Gastlight" filmləri də var.

Bu filmlərə görə o, "Oskar" mükafatına namizəd olub, lakin mükafatı ala bilməyib.

Xəbər lenti