Xəzər Xəbər

Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır

Mədəniyyət | 16:15 • 13 Oktyabr 2022
Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da öz işinə başlayacaq.

AYB-nin mətbuat xidmətindən bildirilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Qurultay iştirakçıları həmin gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarını, daha sonra Şəhidlər xiyabanı ziyarət ediləcək.

Xəbər lenti