Xəzər Xəbər

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub FOTO

Mədəniyyət | 15:19 • 6 Oktyabr 2022
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının yaydığı xəbərə görə, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux olub.

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.

Xəbər lenti