Xəzər Xəbər

Ukraynada Rusiya musiqisi qadağan edilib

Mədəniyyət | 15:09 • 7 Oktyabr 2022
Ukraynada Rusiya musiqisi qadağan edilib

Rusiya musiqisi və rusiyalı ifaçıların qastrolu oktyabrın 7-dən Ukraynada qadağan olunur.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə “aqressor dövlətin (red-Rusiya) musiqi məhsullarının ictimai istifadəsinin məhdudlaşdırılması və milli musiqi məhsullarına dəstək haqda sənədə dəyişikliklərin edilməsi barədə” qanunda deyilir. 

Qadağa ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş və olan ifaçıların rusca mahnılarının səsləndirilməsi qadağan olunur.

İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.

Rusiya müğənnilərin isə Ukraynaya qastrol səfərləri qadağan edilib.

Xəbər lenti