Xəzər Xəbər

Qobustanda qayaüstü təsvirlər məhv olmaq üzrədir

"Qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz"
Mədəniyyət | 12:41 • 24 Avqust 2022
Qobustanda qayaüstü təsvirlər məhv olmaq üzrədir

Qobustan Milli Tarixi-Bədii Qoruğunda üzərinə "Roma" yazılan qaya parçası var. Bu yazı artıq məhv olmaq üzrədir. Onun qarşısını almaq üçün bir neçə versiya düşünürük, amma o versiyaların da sonrakı nəticəsi naməlumdur.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

Onun sözlərinə görə, qayaüstü təsvirlərin bərpası mümkün deyil. O, qayaüstü təsvirlərin daha çox qayanın aşınması, müəyyən bakteriyaların həmin qayaları məhv etməsi zamanı sıradan çıxdığını söyləyib: “Məsələn, bizim də iştirakımızla bu yaxınlarda Qazaxıstanda sırf bu mövzuda müzakirələr oldu. Belə bir təklif irəli sürüldü ki, qayalardakı təsvirlər üzərindən cızılmaqla bərpa olunsun. Ancaq biz bu təklifə dərhal etiraz etdik. Çünki qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz. Amma maraqlı burasındadır ki, onlar özləri bu üsuldan istifadə edirlər”.

Xəbər lenti