Xəzər Xəbər

Azad olunan ərazilərdə aşkarlanan mədəniyyət abidələrinin sayı açıqlanıb

Mədəniyyət | 16:23 • 2 Dekabr 2021
Azad olunan ərazilərdə aşkarlanan mədəniyyət abidələrinin sayı açıqlanıb

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da təmsil olunurlar. Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir.

Xezerxeber.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təxminən 400-ə yaxın mədəniyyət abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda, 800-dən çox mədəniyyət müəssisəsinin yerləri müəyyənləşdirilib: “Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələri və müəssisələrinin 90-95 faizinin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Bu da bizim üzərimizə böyük öhdəlik qoyur ki, bunların hamısını yenidən bərpa edək. Monitorinqin nəticələrinin təhlili bitəndən sonra beynəlxalq təşkilatlara müraciət edəcəyik. Məqsədimiz Ermənistanın bu vəhşiliklərə və qəsdən Azərbaycanın mədəni-tarixi abidələrini dağıtmasına görə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır”.

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022