Xəzər Xəbər

Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb

Mədəniyyət | 14:22 • 24 Oktyabr 2021
Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb

Kubizmin banisi Pablo Pikassonun (1881-1973) əsərləri bazar günü Nevada ştatının Las-Veqas şəhərində 108,9 milyon dollara satılmışdır.

Bu barədə hərracın təşkilatçıları "Sotheby's" evindən məlumat veriblər.

Hərraca bir müddət əvvəl Bellagio otelindəki Pikasso restoranında nümayiş etdirilən 11 əsər təqdim olunub.

Ən bahalı lot model Maria-Tereza Valterin təsvir olunduğu “Qırmızı-narıncı beretli qadın” (Femme au beret rouge-orange, 1938) əsəri olub. 30 milyon dollar qiymətindı dəyərləndirilən portret 40.479 milyon dollara satılıb.

Xəbər lenti