Xəzər Xəbər

“Bill Qeyts bu yaxınlarda demişdi ki…” – ABŞ-da mal-qara niyə qırılır?

Maraqlı | 15:20 • 27 İyun 2022
“Bill Qeyts bu yaxınlarda demişdi ki…” – ABŞ-da mal-qara niyə qırılır?

“Qlobal güclərin planı hər zaman ABŞ-dan başlayır”.

Bunu qida məsələləri üzrə mütəxəssis Ağa Salamov ötən gün ABŞ-ın cənubunda iribuynuzlu mal-qaranın kütləvi şəkildə tələf olmasından danışarkən deyib.  O bildirib ki, süni iqlim dəyişikliyi də ABŞ-ın əyalətlərində daha sıx görülür:

“Əslində iribuynuzluların kütləvi şəkildə məhvi hər zaman üstündə dayandığım "Solor Food" süni ət istehsalı ilə bağlıdır. Süni ət satışına start vermək istəyən qlobal güclərin planı yavaş-yavaş baş tutur. Xatırlayırsınızsa,  Bill Qeyts də bu yaxınlarda süni ətin daha ucuz olacağını dilə gətirib, satışına hazır olduğunu söyləmişdi. Deyəsən, havaya metan qazı buraxan və iqlimi korlayan bu zavallı iribuynuzlu heyvanların məhvi planı hələ də davam edəcək”.

Ekspert əlavə edib ki, başqa ölkələrdə də  müxtəlif ssenarilər ilə  bu hallar daha çox özünü göstərəcək.

Qeyd edək ki, ABŞ-ın bir sıra ştatlarında ölən heyvanların sayı on minə  çatır. Mal-qaranın ölüm səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib. İlkin məlumatlara görə, inəklər anomal istilər və yüksək rütbətdən  tələf olur./Sfera.az

Xəbər lenti

Çox oxunanlar